Şəkərli diabet xəstəliyinin profilaktikası, müalicəsi haqqında maarifləndirmə işi

Noyabrın 21-də məktəbin tibb işçiləri “şəkərli diabet” haqqında 8”Ə” sinfində maarifləndirmə işləri apardılar. Hal–hazırda dünyada çox insan bu xəstəlikdən əziyyət çəkir. Bu xəstəliyi olanlar ən əsası qidalarına fikir verməlidirlər. Şəkərli diabet xəstələri daha çox susuzluqdan şikayət edirlər. Xəstəliyin əsas əlamətləri:
Yorğunluq
Halsızlıq
Ürək yanğısı
Tez-tez sidiyə getmə
Arıqlama və ya hədsiz kökəlmə
Susuzluq, ağız quruluğu
Bu xəstəlik mədəaltı vəzdən yetərli insulin ifraz olunmaması və ya olan insulinin effektiv şəkildə istifadə olunmaması nəticəsində ortaya çıxan hiperqlikemiya (qanda şəkərin yüksəlməsi) ilə xarakterizə olunan xroniki metobolik xəstəlikdir.