"12 Noyabr Konstitusiya Günü və 17 Noyabr Milli Dirçəliş Günü" nə həsr olunmuş “Dəyirmi masa”

Noyabrın 15-də məktəbin tarix müəllimi Gülşən İsmayılzadə tədris etdiyi 8 “B” sinfində “12 Noyabr Konstitusiya Günü və 17 Noyabr Milli Dirçəliş Günü” nə həsr olunmuş “Dəyirmi masa” keçirdi. Tədbir Dövlət himninin səslənməsi ilə başladı. Şagirdlər konstitusiyanın maddələrini geniş müzakirə etmiş, insan hüquqları bərabərliyi haqqında söhbətlər aparmışlar. Gülşən İsmayılzadə bildirdi ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra yeni Konstitusiya layihəsi üzərində ciddi iş başlandı.1994-cü ildə Prezident Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başladı və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycanın Respublikasının ilk Konstitusiyası qəbul olundu. Eyni zamanda qeyd etdi ki,17 noyabr 1988-ci il Bakının əsas meydanı sayılan Azadlıq meydanında Azərbaycan xalqının uzunmüddətli mitinqləri başladı.Azərbaycanda bu hadisələr milli-azadlıq hərəkatı kimi qiymətləndirilir və Respublikamızın istiqlaliyyət qazanmasında əsas amil sayılır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi