"Dispanserizasiya" barədə maarifləndirmə işi

Noyabrın 13-də məktəbin həkim və tibb bacılarının təşkilatçılığı ilə şagirdlər arasında “Dispanserizasiya ilə bağlı maarifləndirmə işi” mövzusunda söhbətlər aparılmışdır. Həkim qeyd etmişdir ki, uşaqların icbarı dispanserizasiyasının məqsədi uşaqların sağlamlığının qorunması və möhkəmləndirilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi, uşaqlar arasında xəstələnmə, sağlamlıq imkanları məhdudluğunun azaldılması və uşaqların xəstəliklərdən qorunmasıdır.