"Qurd invaziyasına" ilə bağlı şagirdlər arasında maarifləndirmə işi

Noyabrın 12-də məktəbdə “Qurd invaziyasına ” ilə bağlı şagirdlər arasında maarifləndirmə işləri aparıldı. Məktəbin həkimi Pəri Qurbanova və tibb bacısı şagirdlərə parazit qurdların insanlarda törətdiyi xəstəliklərin 250-ə qədər helmint növü aşkar edilməsi barədə məlumat verdilər. Onlar qurd xəstəliklərindən qorunmaq üçün ilk növbədə şəxsi gigiyena qaydalarına əməl etmək lazım olduğunu qeyd etdilər.
1)İlk öncə təmizliyə riayət olunmalı;
2)Dırnaqların artıq hissələri kəsilməli;
3)Ayaqyolundan gələndən sonra hər dəfə əllər sabunla yuyulmalı;
4)Alt paltarları sabunlu suda, yuycu məhlullarda qaynadılmalı;
Meyvə-tərəvəzlərin təmiz yuyulması da əsas amillərdən biridir. Uşaqlar arasında ən çox yayılan qurdlar bunlardır: askarid, bizquyruq, tükbaş, öküz teniyası, exinokok və s.