“Bir kərə yüksələn bayraq bir daha enməz” mövzusunda tədbir

Noyabrın 8-də məktəbin ibtidai sinif müəllimi Samirə Hacıyeva rəhbərlik etdiyi 1”Ğ” sinfində “Bir kərə yüksələn bayraq bir daha enməz” mövzusunda tədbir keçirtdi. Tədbirdə şagirdlərə vətənpərvərlik, bayrağımızın daim uca tutulması, qorunub gələcək nəsillərə ötürülməsi kimi yüksək mənəvi keyfiyyətlər aşılandı. Şagirdlər bayrağa aid şeirlər, mahnılar oxudular, milli ruhda rəqslər etdilər. Sinif rəhbəri və şagirdləri tədbirdə iştirak edən qonaqları “9 Noyabr Bayraq Günü” münasibətilə ürəkdən təbrik etdi, bayrağımızın işğal olunmuş torpaqlarımızda dalğalanmasını arzu etdi. Sonda məktəbin direktoru Dadaş Əliyev çıxış edərək şagirdlərə xoş arzularını bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi