C.Məmmədquluzadə əsərlərinin müzakirəsi

Azərbaycan ədəbiyyatı tarixində görkəmli jurnalist, publisist, nasir, dramaturq, ictimai xadim kimi tanınan Cəlil Məmmədquluzadə əsrləri milli və ümumbəşəri dəyərləri əks etdirən dilinin şirinliyi, xəlqiliyi ilə bu gün də aktualdır və sevilə-sevilə oxunur. Xüsusən  onun hekayə janrında olan əsərlərini hər yaşda olan insanlar oxuyur. Bu gün məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Xalidə Sadıqova 6”E” sinif şagirdləri ilə C.Məmmədquluzadə əsərlərinin müzakirəsini keçirtdi. Şagirdlər hekayələrdə təsvir olunan hadisələr, obrazlar haqqında müstəqil fikir söylədilər, təqdimatlarla çıxış etdilər və hekayələr əsasında çəkilmiş filmlərdən fraqmentlərə baxdılar. Bütün müsəlman şərqində ilk satirik jurnal olan “ Molla Nəsrəddin” Cəlil Məmmədquluzadənin ən böyük əsəridir.”Sizi deyib gəlmişəm...” deyən müəllif cəmiyyətin inkişafına mane olan hər şeyə qarşı cıxır, onu xalqın dili ilə tənqid edirdi. Bu gün “Molla Nəsrəddin” in balaca tədqiqatçıları da jurnalda öz əksini tapmış msələlərə münasibət bildirərək bu səhifələri yenidən birləşdirib günümüzə gətirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi