Bayraq mənliyimdir

Milli mənəvi dəyərlərimiz fəxrimiz, qürur mənbəyimizdir. Bayraq da milli dəyərlərimizdəndir. Bayrağımıza məhəbbətin rəmzi olaraq “9 noyabr Bayraq Günü”nü dövlət bayramı kimi qeyd edirik. Bu günün müqəddəsliyini bir daha vurğulamaq məqsədi ilə məktəbin tarix müəllimi Səriyə Əhmədova  “5”E” sinif şagirdləri ilə bərabər maraqlı tədbir keçirtdi. Bayrağımızın tarıxı,rənglərinin simvolik rəmzi,  ay və ulduz işarələrinin mənası uşaqlar tərəfindən bədii nümunələrlə, elmi faktlarla əsaslandırılıb açıqlandı. Ulu öndər Heydər Əliyevin və onun davamçısı İlham Əliyevin bayrağımızla bağlı fikirləri, qərarları səsləndi. Bayraq meydanı və onun əzəmətindən danışan şagirdlər “Qalx, qalx, ulu bayraq!” mahnısının sədaları altında bayrağımızın tezliklə işğal olunmuş torpaqlarda dalğalanacağını əminliklə bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi