“9 Noyabr Bayraq Günü”nə həsr olunmuş tədbir

Noyabrın 8-də məktəbin ibtidai sinif müəllimi Cəmilə Rəfiyeva hazırlıq qrupunun 0 “C” sinfində “9 Noyabr Bayraq Günü”nə həsr olunmuş tədbir keçirtdi. Gələcəyimizin parlaq ulduzları sinif rəhbərləri ilə birlikdə himnimizi oxuyaraq vətən sevgilərini tərənnüm etdilər. Müəllim uşaqlara üçrəngli bayrağımızın rəngləri haqqında məlumat verdi, körpələr sülh rəmzi olan olan göyərçin rəsmini şanlı bayrağımızın rəngləri ilə rənglədilər. Bununla onlar bildirmək istəyirdilər ki, üçrəngli bayrağımız hər zaman ucalarda dalğalansın, biz korpələr də daim firəvan və sülh şəraitində yaşayaq. Sonda şagirdlər “Əsgər marşı” mahnısını oxuyaraq vətənimizə gələcəkdə layiqli övlad olacaqlarını və hər zaman qoruyacaqlarını bildirdilər. Təlim- tərbiyə işləri üzrə direktor müavini Bəsti Nəsibova körpə fidanları “Bayraq Günü” münasibətilə təbrik edərək bildirdi ki, yaxın gələcəkdə siz, uşaqlar bayrağımızı Qarabağın səmalarında dalğalandıracaqsınız.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi