Nizami dünyasına səyahət

Bədii ədəbiyyatda ədalət, mərhəmət, xeyrxahlıq, insanlara və ətrafa məhəbbət hissini aşılayan əsərlər çoxdur. Bu əsərlərin müəllifləri bir insan olaraq dünyasını dəyişsə də, onlar yaradıcılığı ilə əbədiyyətə qovuşub, ideyaları ilə yaşayırlar. N.Gəncəvi də əbədiyyata qovuşan sənətkarlarlardandır. Bu gün Azərbaycan dili və ədəbiyyat müəllimi Zərövşən Qafarova və 8”F” sinif şagirdləri Nizami dünyasına səyahət etdilər. Onlar bütövlükdə insan və onun xisləti, hokmdar və zəmanə motivlərini özündə əks etdirən “Sirlər xəzinəsi” əsərindən sevdikləri hekayələrə can verərək səhnələşdirdilər. Balaca aktyorlar dosta məhəbbət, insanlara dəyər, özündən zəifə kömək, əməyə məhəbbət hisslərini  öz ifalarında gerçəkləşdirməyə çalışdılar. Nizami yaradıcılığında memarlıq abidələri və onlara münasibət də xüsusi bir xətt təşkil edir. Gənc rəssam  Əlirza Rüstəmov da şairin sözlə yaratdığı abidələrdən birini rənglərin dili ilə təsvir etmişdir. Divar qəzeti, aforizmə çevrilən Nizami kəlamları, əsərlərdən parçalar gözəl bir təqdimata səbəb oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi