"Azərbaycan dövlət rəmzlərinin yaranma tarixi, məna və mahiyyəti" mövzusunda "Dəyirmi masa"

Noyabrın 6-da məktəbin rus dili müəllimi Reyhan Alışova rəhbərlik etdiyi 7”Ə” sinfində “Azərbaycan dövlət rəmzlərinin yaranma tarixi, məna və mahiyyəti. Qədim Azərbaycan dövlətinin bayraqları və digər rəmzləri.” mövzusunda “Dəyirmi masa” keçirtdi. Şagirdlər Azərbaycanımızın tarixi keçmişindın, qədim Azərbaycan bayraqları və rəmzləri barədə geniş məlumat verdilər. Leyla Əmirovanın və Niyar Musayevanın söylədiyi “Bayraq“ şeiri iştirakçılara xoş təsir bağışladı.Şagirdlər bayrağımız və dövlətçiliyimiz barədə aforizmlər söylədilər. Sonda məktəbin direktoru Dadaş Əliyev şagirdlərə xoş arzularını bildirdi və bu işdə fəallıq göstərən valideynlərdən Səidə Əhmədova və Leyla Əsədovaya təşəkkürünü bildirdi, onlara həmişə məktəblə sıx əlaqədə olmağı tövsiyyə etdi.