"Uşaq Hüquqları Konvensiyası" na həsr olunmuş "Təşkilat saatı"

Noyabrın 5-də məktəbin ibtidai sinif müəllimi Cəmilə Rəfiyevanın rəhbərlik etdiyi 4”Ç” sinfində “Uşaq Hüquqları aylığı” çərçivəsində “Təşkilat saatı” keçirildi. Şagirdlər mövzu ilə bağlı rəsmlər çəkmiş, divar qəzetləri və təqdimatlar hazırlamışdılar. Onlar uşaqların bütün dünyada bərabər, firəvan, azad, ədalətli, və sülh şəklində yaşamaq hüquqları olduqlarını bildirdilər. Sinif rəhbəri qeyd etdi ki, “Uşaq Hüquqları haqqında Konvensiya” 1989-cu il noyabrın 20-də qəbul edilib, bu konvensiyaya görə hər bir uşağın inkişaf, müdafiə, iştirak, yaşamaq, təhsil almaq hüququ var. Sonda şagirdlər hazırladıqları ponkartları əllərində tutub “ Sülh” haqqında mahnı oxuyaraq firəvan və azad şəraitdə yaşamaq istədiklərini bildirdilər.