Sizi deyib gəlmişəm

Noyabr ayının 4-də Azərbaycan ədəbiyyatında xüsusi yeri olan şair, dramaturq, publisist C.Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Xalidə Sadıqovanın rəhbərliyi və 8”Ə” sinif şagirdlərinin iştirakı ilə “Dəyirmi masa” keçirildi. Əvvəlcə Xalidə müəllimə C.Məmmədquluzadənin həyat və yaradıcıllığı haqqında məlumat verdi. Şagirdlər maraqlı təqdimatlarla çıxış etdilər və “Danabaş kəndinin əhvalatı”, “Danabaş kəndinin müəllimi” əsərindən videoçarxlar nümayiş etdirdilər.