“Uşaq hüquqları Konvensiyası” mövzusunda “Dəyirmi masa”

Noyabrın 5-də məktəbimizin rus dili müəllimi Natəvan Ənsərova direktor müavinləri Arzu Əliyeva və Gültəkin Axundovanın iştirakı ilə rəhbərlik etdiyi 5”G” sinfində “Uşaq hüquqları Konvensiyası” mövzusunda “Dəyirmi masa” keçirtdi. BMT tərəfində 20 noyabr 1989-cu ildə qəbul edilmiş bu beynəlxalq sənəd haqqında Natəvan müəllimə geniş məlumat verdi. Uşaqlara izah edildi ki, Konvensiya uşaqların iqtısadi, sosial, mədəni və siyasi hüquqlara malik olmasını qəbul etmişdir. Konvensiya 54 maddədən ibarət olub gənc nəslin gələcək həyata hazırlanmasına, sərbəst fikirli, mədəni və elmli dövlət qurqcularına çevrilməsinə xidmət edir. Uşaqlara bir şəxsiyyət kimi yanaşılmalı, onların fikirləri nəzərə alınmalıdır.