“İnsan hüquqları və gender bərabərliyi” mövzusunda seminar

Noyabr ayının 5-də məktəbimizin tarix müəllimi Dilarə Dadaşova “İnsan hüquqları və gender bərabərliyi” mövzusunda X-XI sinif şagirdləri ilə seminar keçirtdi. Şagirdlər Konstutisyanın 25-ci maddəsində qeyd edilmiş bərabərlik hüququnu geniş müzakirə etdi, həmçinin bütün dövrlərdə qadının cəmiyyətdə rolunun böyük olduğunu söylədilər. 1979-cu ildə BMT Baş Məclisi “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiya qəbul etdiyini elan etmişdir. Hazırda bu sənəd “Qadın hüquqlarının müdafiəsi haqqında Konvensiyası” kimi tanınır. Ölkəmiz də 1995-ci ildən bu Konvensiyaya qoşulmuşdur.

Sonda şagirdlər öz arzularını belə ifadə etdilər:”Biz sülh istəyirik! Qoy gələcək nəsillər azad, bərabər, təmiz səma altında sağlam yaşasınlar”.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi