Uşaq hüquqlarının müdafiəsi dünyada ən aktual məsələdir

BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində Respublikamızda “Uşaq hüquqları aylığı” elan edilmişdir. Bu məqsədlə Məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Xalidə Sadıqovanın rəhbərliyi ilə 5”Ç” sinfində “Uşaq hüquqlarının müdafiəsi dünyada ən aktual məsələdir” mövzusunda “Təşkilat saatı” keçirildi. Əvvəlcə Xalidə müəllimə Uşaq Hüquqları Konvensiyası, onun yaranması, ölkəmizdə uşaqlara olan diqqət və qayğıdan danışdı. Sonra uşaqlar Konvensiyanın ayrı-ayrı maddələrində öz əksini tapan uşaq hüquqlarına öz münasibətlərini bildirərək maraqlı təqdimatlarla çıxış etdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi