“Qəhrəmanlarımız bədii əsər və kinofilmlərdə” mövzusunda təqdimat

“Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planı əsasında hazırlanmış birgə iş planının 3.1.7.-ci bəndinə uyğun olaraq oktyabrın 30-da məktəbin informatika müəllimi Nərminə Şirəliyeva rəhbərlik etdiyi 8”E” sinfində “Qəhrəmanlarımız bədii əsər və kinofilmlərdə” mövzusunda təqdimat keçirtdi. Təqdimatı giriş sözü ilə Nərminə müəllimə açdı. O şagirdlərə Milli Qəhrəmanlarımız haqqında məlumat verdi və bildirdi ki, xalqımızın öz qəhramanlarına olan sevgi, minnətdarlıq hissi bütün zamanlarda bədii əsər və filmlərdə öz əksini tapıb. “Qəhrəmanlıq missiya deyil, taledir!” qənaəti də bu sevgidən yaranıb. Təqdimatda B.Vahabzadənin “Azərbaycan oğluyam” şeiri Nihad Həbibov, Səməd Allahverdiyev, Aqşin Məhərrəmovun ifasında səsləndirildi. Qəhrəmanlara həsr olunmuş filmlər haqqında Solmaz Hacızadə, Mina Dadaşova, Aydan Əskərova və başqaları geniş məlumat verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi