Azərbaycanı sevək və dünyaya tanıdaq

Oktyabr ayının 26-da məktəbimizin 7”A”sinif şagirdləri “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planı əsasında hazırlanmış birgə iş planının 2.1.3.-cü “Azərbaycanın qədim tarixi, elmi, mədəniyyəti, incəsənəti, dövlətçilik ənənələri, tarixi şəxsiyyətləri, milli mənəvi dəyərləri, zəngin təbiəti” bəndinə uyğun olaraq “Atəşgah” məbədinə ekskursiyaya getdilər. Ekskursiya zamanı şagirdlər Azərbaycanın tarixi, onun qədim abidələri haqqında geniş məlumat verdilər. Onlar “Atəşgah” məbədinin yaranma tarixindən danışdılar və bildirdilər ki, bu məbəd dünyada iki ölkədə: Azərbaycanda və Hindistanda yerləşir. Təsadüf elə gətirdi ki, şagirdlər orada Hindistanın vitse prezidenti Venikaiah Naidu və xanımı ilə qarşılaşdılar. Uşaqların ifa etdiyi gözəl Azərbaycan rəqsləri, və oxuduqları mahnılar qonaqlar tərəfindən böyük maraqla qarşılandı. Sonda xatirə şəkliı çəkdirdilər. Göruş maraqlı və yadda qalan keçdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi