“Heydər Əliyev Mərkəzi”nə səyahət

Oktyabrın 24-də məktəbin ibtidai sinif müəllimi Aygün Nəcəfova rəhbərlik etdiyi 4”C” sinif şagirdləri ilə birlikdə Suraxanı rayonunda yerləşən “Heydər Əliyev Mərkəzi”nə ekskursiya etmişlər. Şagirdlər əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmuş, sonra muzeyi gəzib ulu öndərimiz haqqında məlumatları dinləmiş, onun keçdiyi həyat yolu və iş təcürbəsi ilə yaxından tanış olmuşlar. Şagirdlər bu gəzintidən xoş təssuratlarla qayıtmışlar.