Xalqının tarixinə şərəf, qürur və iftixar hissilə yazılmış müqəddəs gün

18 oktyabr Azərbaycan xalqının tarixinə şərəf, qürur və iftixar hissilə yazılmış müqəddəs bir gündür. Həmin gün Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz dövlətçiliyinin varlığını bəşəriyyətə bəyan etdi. Bu gün ölkəmiz sosial-iqtisadi istiqamətdə deyil, elm, incəsənət və mədəniyyət sahəsində də dünyanın sürətlə inkişaf etməkdə olan gənc dövlətlərindən biridir. Şübhə yoxdur ki, Azərbaycan bundan sonra öz müstəqilliyini daha da möhkəmləndirəcək, işğal altında olan torpaqları düşmən tapdağından azad edəcək və respublikamız dünyanın qüdrətli diyarlarından birinə çevriləcək.  Bu əziz bayram münasibəti ilə məktəbin ingilis dili müəllimi Xədicə Abbasova rəhbərlik etdiyi 6 ”F” sinif şagirdləri ilə birlikdə “Müstəqillik Günü” nə həsr olunmuş tədbir keçirtdi. Tədbirdə şagirdlər müxtəlif şeirlər və mahnılarla çıxış etdilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi