“Narkomaniya əsrin bəlasıdır” adlı tədbir

Narkomaniya–bəşərin ən qorxulu bəlası! Qorxulu ona görə ki, bu bəlaya mübtəla olanlar əksər hallarda onu dəf etməkdə aciz qalırlar. Narkotikdən asılılıq narkotik maddələrdən bir və ya bir neçə dəfə istifadə etməklə yaranır. Bu bəladan xilas olmaq çox az insana qismət olur. Narkotikə qurşanmış əksər insanlar isə, bu bataqlıqda məhv olub gedirlər. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair “Dövlət proqramı” nın həyata keçirilməsi üzrə məktəblərdə müxtəlif tədbirlər keçirilir, şagirdlərlə söhbətlər aparılır. Antinarkotik dünyagörüşünün formalaşması məqsədilə coğrafiya müəllimi Gülşən Zamanova və riyaziyyat müəllimi Ramilə Əsgərovanın rəhbərliyi, 9”C” və 9”Ç” sinif şagirdlərinin iştirakı ilə “Narkomaniya əsrin bəlasıdır” adlı tədbir keçirildi.