Şagirdlərin sərgi təəssüratları

11 oktyabr 2019-cu il tarixdə “Baku Expo Center” də Beynəlxalq Təhsil Sərgisi keçirildi. Sərgidə məktəb rəhbərliyi və şagirdlər iştirak etdilər. Həmin sərgidə tələbələrin əl işləri, liseylərdə hazırlanan eksponatlar, bəzi dövlətlərin məktəb laboratoriyaları üçün hazırladıqları cihazlar və digər məlumat xarakterli təqdimatlar nümayiş etdirildi. Yeni imkanları gündəmə gətirən sərgidə ali təhsil müəssisələrinin nümayəndələri öz təhsil sistemlərinin, perspektiv layihələrinin təqdimatı ilə gələcək abituriyentlərin yeniliklərlə tanışlığına səbəb oldular, onları maraqlandıran sualları cavablandırdılar. Həmçinin sərginin tam mərkəzində qurulmuş səhnədə gənc ifaçıların maraqlı çıxışları da oldu. Şagirdlər sərgidən xoş təəssüratlarla qayıtdılar.