Təhsilə atılan ilk addımlar

Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etmək, onları əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaqdır. Təhsilə atılan ilk addım kimi mühüm xarakter daşıyan məktəbəhazırlıq qruplarında  məşğələlər yalnız ibtidai sinif müəllimi ixtisaslı,  bacarıqlı, intellektual və müəyyən iş təcrübəsinə malik müəllim tərəfindən aparılır. Oktyabrın 1-də məktəbimizdə yaradılmış məktəbəhazırlıq qruplarında məşğələlərə start verildi. Biz də bu gün məktəbə ilk qədəmlərini atan balaca fidanlarımıza uğurlar arzulayırıq.
 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi