“Sağlam olmağın sirləri” mövzusunda psixoprofilaktik təqdimat

Sağlam həyat tərzi, sağlam qida, sağlam yaşamaq günümüzün aktual problemlərindəndir. Çünki sağlam olmadan heç bir nailiyyətdən danışmaq olmaz. Gələcək nəslin sağlam ruhda böyüməsi işində məktəbin, müəllimin işi danılmazdır.

Bu dəfə də psixoloq Nurlanna Əhmədova Sağlam Təhsil 4”F” sinfində “Sağlam olmağın sirləri” mövzusunda geniş psixoprofilaktik təqdimat etdi. Təqdimatda fəal iştirak edən şagirdlər sağlam həyat tərzinin necə qurulması, faydalı və zərərli qidaların necə müəyyən edilməsi, uşaq maraqları ilə valideyn maraqlarının uyğunsuzluğundan danışdılar. Onlar bəhs etdikləri məsələlərlə bağlı çəkdikləri şəkilləri, hazırladıqları video slaydları böyük həvəslə təqdim etdilər. Sonda bildirdilər ki, sağlam olmaq öz əlimizdədir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi