Sağlam olmaq üçün nə etməli?

Yeni dərs ilinin başlanması ilə bütün məktəblərdə təlim-tərbiyə işlərində xüsusi bir canlanma var. Bu canlanma Sağlam Təhsil siniflərində daha çox müşahidə olunur. Məktəb psixoloqu Nurlanna Əhmədova “Sağlam olmaq üçün nə etməli?” mövzusunda 3”K” sinfində profilaktik söhbət apardı.

Şagirdlər idman hərəkətlərindən və bu hərəkətlərin daha çox səhərçağı icra edilməsinin faydalı olmasından bəhs etdilər. Bundan əlavə orqanizmə faydalı və zərərli qidalardan danışaraq geniş təqdimat etdilər. Psixoloq bildirdi ki, hansı qidalar orqanizmə zərərlidirsə, ondan istifadə etmək olmaz. Çünki millətimizə sağlam ruhlu, sağlam bədənli gələcək lazımdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi