“21sentyabr-Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbir

Sentyabrın 20-də Kəmalə Əhmədovanın rəhbərlik etdiyi 3”B”sinif şagirdlərinin iştirakı ilə “21sentyabr-Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbir keçirildi. Müəllimə çıxış edərək vurğuladı ki, dilindən, dinindən, milliyyətindən asılı olmayaraq hər bir kəsin sülhə ehtiyacı var. Sülh birlik, bərabərlik, ədalət deməkdir. İnsanlar yalnız sülh şəraitində azad, firavan yaşaya bilər. Tədbirdə şagirdlər sülhə aid şeirlər, mahnılar söylədilər, hazırladıqları rəqsləri, səhnəcikləri təqdim etdilər.