Kitablarla dost olaq

Mütaliə və onun həyatımızdakı rolu danılmazdır. Məhz bunu nəzərə alaraq Təhsil Nazirinin qərarı ilə 2019-2020- ci tədris ilində bütün məktəblərin V-IX siniflərinə “Mütaliəni həyat tərzinə çevirək” başlığı altında müzakirə mövzusu verilmişdir. Tarix müəllimi Səriyyə Əhmədova da 5”E” sinfində bu qərara uyğun olaraq “Kitablarla dost olaq” adlı təqdimat keçirtdi. Uşaqlar oxuduqları əsərlər və onlardan əxz etdikləri fikirləri gözəl nitqlə aydın şəkildə ifadə etdilər. Oxuduqları əsərlərdə fiziki qüsurlu insanların daha böyük qayğıya, mərhəmətə ehtiyac duyduğunu bildirdilər. Onu da qeyd etdilər ki, fiziki qüsur eyib deyil, sadəcə insanlarda həyat eşqi, yaşamaq həvəsi olmalıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi