Mütaliəni həyat tərzinə çevirək

Bu gün Respublikanın bütün məktəblərində Təhsil Nazirinin sərəncamına əsasən birinci dərs saatları “Mütaliəni həyat tərzinə çevirək” mövzusuna həsr olunub. Məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Xalidə Sadıqovanın rəhbərliyi ilə 5”Ç” sinfində həmin mövzuda maraqlı diskusiya keçirildi. Şagirdlər yay tətilində oxuduqları əsərlərdən, sevdikləri şair və yazıçılardan maraqlı fikirlər söylədilər. Xalidə müəllimə mütaliənin insan həyatında rolu, kitabların əhəmiyyəti haqqında onlara öz tövsiyələrini verdi. Sonda isə bu fidan balaları mütaliəyə həvəsləndirmək üçün onların hər birinə kitab hədiyyə etdi.