Bilik günü

"Bilik günü" -bu günün sevincini yaşayan hər bir kəs üçün əlamətdardır. Bu gün insanları xəyallarına, arzularına qovuşmasına zəmin yaradır, həyat yolunun başlanğıcıdır. Bu yolu inamla getmək üçün əsas keyfiyyət ölkəmizin gələcəyi naminə qazanılan zəruri biliklər, vətəndaşlıq ləyaqəti və dəyərlərə olan hörmətdir". Xalqımız elmi, biliyi yüksək qiymətləndirmiş, öz övladlarının savadlanması üçün əllərindən gələn səyi əsirgəməmişdir. Müəllim əməyinin nəticəsində formalaşan cəmiyyətdə savadlı, bilikli, geniş dünya görüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirirlər. Bilik günü məktəb həyatına qədəm basan birincilər üçün səbirsizliklə ,sevinc və həyacanla gözlənilən, xüsusi qayği və məmnuniyyətlə, təntənəli şəkildə qarşılanacaqları bir gündür. Onlar əlifba ilə tanış olub, kitablar oxuyub, şeirlər əzbərliyəcək və beləcə ilk zəngin sədası ilə yeni həyata -məktəb həyatına qədəm qoyacaqlar.

Son illərdə Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin qayğısı, Heydər Əliyev fondunun həyata keçirdiyi layihələr Ulu öndərin təhsil siyasətinin uğurlu davamının göstəricisidir.

Yeni tədris ilində 281 nömrəli tam orta məktəbin kollektivinə uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi