"Məzun günü” keçirildi

İyunun 14-də məktəbdə 2018-2019-cu tədris ilinin başa çatması münasibətilə “Son zəng” tədbiri keçirildi. Tədbirdə məktəb rəhbərliyi, məktəbin müəllim və şagird kollektivi, valideynlər iştirak etdilər. “Son zəng” tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Məktəbin direktoru Dadaş Əliyev çıxış edərək müstəqil həyata qədəm qoyan məzunları bu əlamətdar gün münasibətilə təbrik etdi, ölkəmiz və xalqımız üçün layiqli vətəndaş olmalarını arzuladı. Daha sonra məktəbin müəllimləri, valideynlər və qonaqlar çıxış edərək 11-ciləri təbrik etdilər və onlara müstəqil həyatda uğurlar arzuladılar. Tədbir şagirdlərin hazırladıqları kompozisiyalarla, rəqslərlə, səhnəciklərlə, mahnılarla davam etdirildi.

Məktəb həyatına əlvida deyən məzunlar məktəbin simvolik açarını 10-culara təqdim etdilər. Sonda I sinif şagirdləri tərəfindən məzunların “Son zəng”i çalındı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi