"Məzun günü” keçirildi

İyunun 12-də məktəbin “Sağlam təhsil” IV siniflərində “Məzun günü” keçirildi. Məktəbin direktoru Dadaş Əliyev giriş sözü ilə iştirakçıları salamladı.

IV “Sağlam təhsil” sinifləri arasında sağlam həyat tərzinin təbliği, uşaqların idmana olan marağının artırılması, ailə və məktəb əməkdaşlığının təkmilləşdirilməsi, yaradıcı təfəkkürün, ünsiyyət bacarıqlarının, qarşılıqlı kömək etməyin, məsuliyyətin, sağlam rəqabətin tərbiyəsi məqsədilə yarışlar keçirildi. “Sağlam qida” və “Mən güclüyəm” adlı əyləncəli oyunlar təşkil olundu. Sonda qaliblər müəyyən edildi və şagirdlərə təbriknamələr təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi