İnsan və onun hüquqları

İnsan və onun hüquqları mövzusu daim diqqət mərkəzindədir. Çünki öz hüquqlarını bilmək, ondan faydalanmaq özünə güvən yaradan amillərdəndir. Uşaqlar bizim gələcəyimizdir onlar da hüquqlarını bilməlidirlər ki, gələcəkdə qarşılaşdığı problemlərdən alnıaçıq çıxa bilsin. Psixoloq Nurlanna Əhmədova da 7 “F” sinif şagirdləri ilə məhz bu barədə söhbət apardı. “Dəyirmi masa”da iştirak edən şagirdlər müasir dövrdə uşaq hüquqlarının daha çox pozulduğunu bildirdilər. Hazırladıqları video kadrlarda uşaq əməyinin istismarı, uşaq orqanlarının biznesi, valideyn himayəsindən məhrum uşaqların müxtəlif ictimai təcavüzə məruz qalmasından bəhs etdilər. Sonda hər bir uşağın oxuyub təhsil almaq, gözəl yaşamaq, hüquqlarından düzgün istifadə haqqı olduğunu bildirdilər.