Uşaqlar bizim gələcəyimizdir

Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Təbii ki, uşaq hüquqları da insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir. Uşaqlar bizim gələcəyimizdir və ölkənin gələcəyi onların əlindədir.
Mayın 31-də Rüba Eyvazovanın təşkilatçılığı ilə 1”Ç” sinif şagirdləriylə birgə “1 İyun Beynəlxalq Uşaqların Müdafiəsi Günü”nə həsr olunmuş sinif təşkilat saatı keçirildi. Uşaqlar rəqslər edərək, mahnılar söylədilər, şeirlər ifa etdilər.Müəllimə uşaqları bayram münasibətiylə təbrik edərək vurğuladı ki, uşaqlar bəşəriyyətin gələcəyidir. Uşaqların müdafiəsi insan hüquqlarının müdafiəsinin tərkib hissəsisdir.