Xoşbəxt olsun uşaqlar !

Körpə dəyəri heç bir var-dövlətlə ölçülməyən nemətdir, əvəzolunmaz varlıqdır. Elə uşaqlara istəyin, sevginin təzahürüdür ki, hər il 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi geniş tədbirlərlə qeyd olunur. Bu baxımdan da ildən-ilə genişlənən, daha da vüsət alan tədbirlər təqdirəlayiq və bəyəniləndir. Respublikamızın bütün təhsil ocaqlarında, məktəb və gimnaziyalarda, bağca və məktəbəqədər müəssisələrdə, uşaq evlərində, muzey və kitabxanalarda, bir sözlə, təhsil ocaqlarında silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Mayın 31-də məktəbin ibtidai sinif müəllimi Pərvanə Kərimova 2 “A” sinfi ilə “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” nə həsr edilmiş tədbir keçirtdi. Tədbirdə körpə fidanlarımız muxtəlif rəqs növləri nümayiş elədilər, şeirlər söylədilər, mahnılar ifa etdilər.
Bu günü uşaq bayramı da adlandırırlar. Biz də bu bayram münasibətilə istər respublikamızda, istərsə də bütün dünyada yaşayan uşaqları təbrik edir, aydın səma, parlaq günəş və bol-bol sevinc arzulayırıq. Qoy səhərlərimiz atəş səsləriylə deyil, körpə gülüşləriylə açılsın. Körpə gülüşü dünyanın sevinc himninə çevrilsin !