Cəfər Cabbarlının 120 illiyinə həsr olunmuş “Dəyirmi masa”

Bu il bir çox görkəmli söz ustadının yubiley ili kimi yadda qaldı. Onlardan biri də böyük şəxsiyyət, dərin düşüncəli əsl vətəndaş C.Cabbarlıdır. 120 illiyini qeyd etdiyimiz sənətkarın dram, lirik, epik növdə yazdığı əsərlərlə ünsiyyətdə olmaq ədəbiyyat bilicilərini daha da həvəsləndirir. Azərbaycan dili və ədəbiyyat müəllimi Qafarova Zərövşən 7”F” sinfinin ədəbiyyat biliciləri ilə böyük sənətkarın hekayələr aləminə baş vurdular. “Cocuq”, “Qara Qənbər”, “Əhməd və Qumru” hekayələrini “Dəyirmi masa” ətrafında müzakirə etməklə bərabər, müəllifin həyat və yaradıcılığını əks etdirən divar qəzetləri də hazırlamışdılar.
Hər üç hekayədə ifadə olunan hadisə və hisslərin həmişə aktual olduğunu bildirən şagirdlər paxıllığın, xudbin və yekəxanalığın insana mənfi təsirindən söz açdılar. “Qəlbi təmiz olanın əməli də təmiz olar” fikri ilə müzakirəni yekunlaşdırdılar.