Bir ovuc təbəssüm, bir dünya işıq

Mayın 30-da “1 İyun Beynəlxalq Uşaqların Müdafiəsi Günü" ilə bağlı məktəbimizdə ibtidai sinif şagirdləri ilə tədbir keçirildi. Tədbiri məktəbin direktoru Dadaş Əliyev açıq elan etdi.

Dövlətimizin uşaqların müdafiə olunması və onlara qayğı göstərməsi istiqamətində çoxlu işlər görməsindən danışdı. O, qeyd etdi ki, ümummilli lider H.Əliyev həmişə qızıl kimi qiymətli vaxtından kəsib, məmnunluqla uşaqların bayram tədbirlərinə gələrdi. Azərbaycan uşaqları bu gün də diqqət mərkəzindədir. Prezident İ.Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib.

Uşaqlar tədbirdə “Dostluq himni”, “Göyərçinik biz”, “Uşaqlar sevinsin həmişə” kimi mahnılar oxudular və gözəl rəqslərlə şənləndilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi