“Sizi deyib gəlmişəm ...” C.Məmmədquluzadə.

Bakı şəhəri üzrə Təhsil İdarəsinin 25.04.2019-cu il tarixli F-198 nömrəli, Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq məktəbin kitabxanaçısı Səyyarə Əlixanovanın iştirakı ilə Azərbaycan dili və ədəbiyyat müəllimi Səbinə Hüseynova 7 “B” sinfində tənqidi realizmin banisi, dramaturq, publisist və ictimai xadim C.Məmmədquluzadənin “Poçt qutusu” hekayəsi haqqında “Dəyirmi masa” keçirtdi. “Dəyirmi masa”da Gülcan Məmmədova, Xürrəm Məmmədli, Aysu Əzizova, Rəşid Niftəliyev, Rəsul Şahverdiyev daha fəal iştirak edərək yazıçının həyat və yaradıcılığı haqqında məlumat verdilər, ”Poçt qutusu” hekayəsindəki Novruzəli obrazını müzakirə etdilər.