Valideynin məktəbdə bir günü.

Bakı şəhəri üzrə Təhsil İdarəsinin 28 yanvar 2019-cu il tarixli F-66 nömrəli əmrinə əsasən “Valideynin məktəbdə bir günü” layihəsi keçirildi.
Layihə çərçivəsində valideynlərlə müzakirələr keçirilmiş, şagirdlərin fərdi inkişaf dinamikasının izlənilməsi və təlim-tədris mühitinin təkmilləşdirilməsi istiqamətində söhbət aparılmışdı.
Təhsil sahəsində qarşılıqlı və səmərəli fəaliyyətə nail olmaq üçün “məktəb-valideyn”, “müəllim-şagird”, “məktəb-müəllim-valideyn” komponentləri arasında münasibətlərin düzgün tənzimlənməsinin vacib faktorlardan biri olduğu qeyd olunmuşdur. Bu istiqamətdə ümumtəhsil məktəbində təhsil alan hər bir şagirdin fərdi xüsusiyyətlərinin nəzərə alınması, əlverişli psixoloji və təlim mühitinin yaradılması, şagirdlərin mənəvi, psixi şağlamlığının təmin edilməsi və təlim nailiyyətlərinin yüksəldilməsinə yönəlik davamlı və sistemli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulduğu bildirilmişdir.