Dini fanatizmin, dini radikal meyillərin, məzhəb ayrı-seçkiliyinin zərərli nəticələri

Məlumdur ki, tarixən din cəmiyyət həyatının vacib bir komponenti kimi meydana gəlmiş, dəyərlərin, insan münasibətlərinin formalaşmasına, insanın təbiət, cəmiyyət haqqında təsəvvürlərinə müəyyən təsir göstərmişdir. Lakin cəmiyyət üçün həmişə narahatlıq doğuran hal odur ki, bəzən dindən siyasi məqsədlər üçün istifadə olunmuş, insanları xurafata, fanatizmə sürükləməyə cəhd göstərilmişdir. Bu məqsədlə biologiya müəllimi Samirə Hüseynova 5 ”G” sinif şagirdləri ilə birgə “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planı əsasında hazırlanmış birgə İş Planının 1.2.2. bəndinə uyğun olaraq “Dini fanatizmin, dini radikal meyillərin, məzhəb ayrı-seçkiliyinin zərərli nəticələri" mövzusunda" “Dəyirmi masa” təşkil etmişdir. Məqsəd din pərdəsi altında radikal və ekstremist meyllərin mənəvi cəhətdən sağlam həyat tərzini korlamağa, vətəndaş həmrəyliyini pozmağa, xalqın tarixi ənənələrinə, milli düşüncə sisteminə zərbə vurmağa yönəldiyinə diqqət yetirmək idi. Sonda “Din insanların birliyi, möhkəm ittifaqıdır və bu ittifaqın pozulmasına yol verməyək” fikri vurğulandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi