“101 yaşlı istiqlalın mübarək, doğma Azərbaycanımız”

Mayın 27-də məktəbin tarix müəllimi Lətifə Abdullayeva və musiqi müəllimi Vəfa Məmmədovanın təşkilatçılığı ilə “101 yaşlı istiqlalın mübarək, doğma Azərbaycanımız” mövzusunda tədbir keçirildi. Tədbirdə direktor Dadaş Əliyev və məktəbin şagird-müəllim kollektivi iştirak edirdi. Şagirdlər Cümhuriyyətimizin tarixi haqqında maraqlı məlumat verdilər, şeirlər söylədilər, mahnılar ifa etdilər. “Əbədi ezamiyyət” və “Sonuncu iclas” filmlərindən parçalar nümayiş etdirildi. Sonda şagirdlər bu gün Azərbaycan bayrağının etibarlı əllərdə olduğunu, ulu öndərimizin və onun davamçısı olan hörmətli prezidentimiz İlham Əliyevin bu sahədə xidmətlərini qeyd etdilər. Tədbirin sonunda şagirdlər Ulu Öndərə həsr olunmuş “Məşəl kimi yanan ürək” mahnısını ifa etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi