“Milli mentalitetimizi şərtləndirən başlıca keyfiyyətlər” mövzusunda “Dəyirmi masa”

“Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planı əsasında hazırlanmış birgə İş Planının 2.2.2.-ci bəndinə uyğun olaraq mayın 27-də məktəbin tarix müəllimi Aksana Usubalıyeva rəhbərlik etdiyi 11”B” sinfində “Milli mentalitetimizi şərtləndirən başlıca keyfiyyətlər” mövzusunda “Dəyirmi masa” keçirtdi. Müstəqil həyata qədəm qoyacaq şagirdlərin bu barədə maraqlı söhbətləri oldu.