“28 may Respublika Günü”nə həsr edilmiş tədbir

May Azərbaycan xalqının XX əsr tarixində ən əlamətdar, ən fəxarətli, uğurlu hadisələrlə, gözəl bayramlarla zəngin bir aydır. Bu gözəl may günlərinin biri- respublikamızın hər yerində təntənəli şəkildə qeyd olunan, öyrənilən, yenidən yaşanan və ölməzlik qazanan 28 May Respublika Günü - Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu gündür. Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür.

Mayın 27-də məktəbin ibtidai sinif müəllimi Səadət Qənbərovanın təşkilatçılığı ilə 3 “B” sinfində “28 may Respublika Günü”nə həsr edilmiş tədbir keçirildi. Tədbir “Koroğlu üverturası”nın sədaları altında açıq elan edildi. Şagirdlər dövlətçiliyimizi cox gözəl əks etdirən şeirlər səsləndirdilər, mahnılar ifa etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi