Pedaqoji şuranın iclası

Mayın 24-də məktəbdə pedaqoji şuranın iclası keçirildi. İclasda pedaqoji kollektiv Azərbaycan Respublikası Təhsil nazirinin F-260 nömrəli, 13.05.2019-cu il tarixli əmri ilə təsdiq edilmiş “Ümumtəhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi üzrə əlavə tədbirlər barədə Fəaliyyət Planı”nın 1.3-cü bəndinə əsasən Təhsil Nazirliyinin “Xüsusi hallar barədə” əmrindən irəli gələn vəzifələr barədə məlumatlandırıldı.
Təhsil müəssisəsində sağlam mənəvi-psixoloji mühitin yaradılması, sağlamlıq üçün təhlükəsiz və zərərsiz təhsil şəraitinin təşkili, məktəb-ailə, məktəb-müəllim-şagird-valideyn münasibətlərinin formalaşdırılması, təhsil alanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunması barədə mövcud vəziyyət təhlil edildi.
Sonda fərqlənən müəllimlər diplomla təlitif olundular.