Qədim və müasir Azərbaycan tarixinin qəhrəman övladların

“Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planı əsasında hazırlanmış birgə İş Planının 3.1.6.-ci bəndinə uyğun olaraq mayın 23-də məktəbin tarix müəllimi Gülşən İsmayılzadənin təşkilatçılığı ilə 8 “B” sinfində “Qədim və müasir Azərbaycan tarixinin qəhrəman övladlarının anım günlərinin keçirilməsi, onların həyat və mübarizə yolunu əks etdirən divar qəzetlərinin, bülletenlərin hazırlanması” mövzusunda “Dəyirmi masa” keçirtdi.Şagirdlərdən Aysel İsmayılova Milli Qəhrəman Çingiz Mustafayev haqqında geniş və ətraflı məlumat verdi.Sonra Azərbaycanın qəhrəman oğulları Cavad xan, Hacı Çələbi xan, Babək haqqında videoçarxlar nümayiş olundu. Beləliklə də istər qədim, istərsə də müasir dövrdə torpaq uğrunda canından keçən  qəhrəman oğul və qızlarımız gələcək nəsillərə örnək olaraq göstərildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi