Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə müsəlman Şərqində ilk parlamentli respublikanın Azərbaycanda yaradılması

“Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planı əsasında hazırlanmış birgə İş Planının 2.1.1-ci bəndinə uyğun olaraq mayın 24-də məktəbin tarix müəllimi Dilarə Dadaşovanın təşkilatçılığı ilə 10 “A” sinfində “Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə müsəlman Şərqində ilk parlamentli respublikanın Azərbaycanda yaradılması” mövzusunda “Dəyirmi masa” keçirildi. Şagirdlərdən Vəsilə Mahmudova Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu qısa dövrdə həyata keçirtdiyi işlər və onun görkəmli nümayəndələri haqqında məlumat verdi, Şamxal Məhərrəmli isə AXC hökümətinin Azərbaycanın ərazi bütövlüyünün qorunması və türk-müsəlman əhalisinə qarşı ermənilərin həyata keçirdilkləri soyqrımın qarşısının alınmasından danışdı. Sonda Şagirdlər AXC-nin yaranmasının müstəqil dövlətçiliyimizin bərpası kimi çox böyük tarixi əhəmiyyətə malik olduğunu vurğuladılar.