“Respublika günü” ilə bağlı tədbir

28 May Azərbaycan xalqının ən əziz bayramıdır. Həmin gün Respublikamız müstəqillik əldə etmişdir. Xalqımız hər il mayın 28-ni böyük təntənə ilə qeyd edir. Ölkəmizin hər yerində bayram tədbirləri keçirilir, konsertlər verilir, atəşfəşanlıq olunur. Mayın 23-də məktəbin ibtidai sinif müəllimi Rüba Eyvazovanın rəhbərliyi ilə 1”Ç” sinfində “Respublika günü” ilə bağlı tədbir keçirildi. Tədbirdə uşaqlar Vətənimizə həsr edilmiş şeirlər söylədilər, mahnılar ifa etdilər. Şagirdlərin diqqətinə çatdırıldı ki, bu günü ona görə bayram edirik ki, 1918-ci il mayın 28-də müstəqil dövlətimiz qurulub. İndi Azərbaycanımız çiçəklənən demokratik bir ölkəyə çevrilib. Ölkəmizdə uşaqların sağlam, bilikli, tərbiyəli böyümələrinə böyük diqqət yetirilir çünki bu balaca fidanlar bizim gələcəyimizdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi