Əbədi yaşarları ziyarət

Xalqının keçmişini, tarixini, ədəbiyyatını öyrənmək, hər bir vətəndaşın borcudur.

Azərbaycan ədəbiyyatı və mədəniyyətinə də nəzər saldıqca insanı fərəh hissi bürüyür. Və bu aləmə daha dərindən daxil olmaq istəyirsən.

Bu aləmi seyr etmək, onun sakinləri ilə tanış olmaq məqsədi ilə Azərbaycan dili və ədəbiyyat müəllimi Zərövşən Qafarova və 8”C” sinif şagirdləri “Ədəbiyyat və İncəsənət müzeyi”nə, “Hüseyn Cavidin ev müzeyi”nə yollandılar.

Müzeydə xalqımızın ədəbiyyat tarixi, yazı mədəniyyəti, incəsənət nümunələri ilə tanışlıq uşaqlara xüsusi zövq verdi. Hüseyn Cavid, onun keçdiyi şərəfli yol və bu yoldakı çətinliklərlə tanış oldular. Bu tanışlıq böyük sənətkarın şəxsi əşyaları, əlyazmaları fonunda uşaqların hafizəsində daha dərin iz qoydu. Onlar anladılar ki, ömrü boşuna yaşamayanlar, əbədi yaşarlardır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi