"İnsan Hüquqları” mövzusunda “Dəyirmi masa”

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-i ölkədə “İnsan Hüquqları Günü” kimi qeyd olunur.

Bu sərəncamın davamı olaraq ölkə Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın müddəaları əsasında respublikanın şəhər və rayonlarında insan hüquqları ilə bağlı silsilə tədbirlər və müzakirələr təşkil olunur. Mayın 20-dən etibarən məktəbimiz də bu tədbirlərə qoşulmaq üçün start verdi. Bu məqsədlə ilk olaraq fizika müəllimi Aybəniz Cəfərova rəhbərlik etdiyi 8 “F” sinfində “İnsan Hüquqları” mövzusunda “Dəyirmi masa” keçirtdi. Şagirdlər öz hüquqlarından bəhs edərək müharibədə hüquqları pozulmuş yaşıdlarının acı taleyindən söz açdılar. Onlar bildirdilər ki, heç bir  bəhanə insan hüquqlarını, xüsusən də uşaq hüquqlarını poza bilməz. Maraqlı inşalar və video təqdimatlar ilə insanları sülhə, birliyə dəvət etdilər ki, heç bir ananın, heç bir uşağın gözü yaşlı olmasın.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi