“Polyana sindromu”na yoluxaq

Bugünkü cəmiyyətdə bədii ədəbiyyata, mütaliəyə həvəsin artdığını görəndə çox sevinirik. Sevinirik ki, informasiyaların bol olduğu bir zamanda ədəbiyyata, bədii söz yaradıcılığına məhəbbət azalmayıb. Bu məhəbbətin təzahürü kimi Azərbaycan dili və ədəbiyyat müəllimi Zərövşən Qafarova yenə öz ədəbiyyat bilicilərini bir araya yığdı. 7 “F” sinfinin ədəbiyyat fəalları ilə Amerika uşaq yazıçısı Eleanor Porterin “Polyana” əsərini müzakirə etdilər. Uşaq psixologiyası, uşaq həyatı bədii ədəbiyyatın ən nikbin qəhrəmanının taleyi ilə tanışlıq boyük marağa səbəb oldu. “Hər bir uşaq özündə “Polyana sindromu” yaratsa, onda həyat çox gözəl olar” fikrini vurğulayan şagirdlər bu sindromun xoş nəticələrindən bəhs etdilər. Dəyirmi masa şəklində təşkil olunan təqdimatda şagirdlər Eleanor Porter və onun yaradıcılıq yoluna araşdırmalar və divar qəzetləri ilə işıq saldılar və arzu etdilər ki, hər evdə, hər ailədə “məmnunluq oyunu” keçirilsin ki, heç bir uşaq gözü yaşlı, çarəsiz qalmasın.