“İdman tarixi” mövzusunda “Açıq dərs”

“Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planı əsasında hazırlanmış birgə İş Planının 1.1.6.-ci- ”Azərbaycanın dünya reytinqli idman yarışları və siyasi tədbirlərə, incəsənət layihələrinə ev sahibliyi etməsi” bəndinə uyğun olaraq mayın 20-də məktəbin fiziki tərbiyə müəllimləri Alov Hüseynov və Səidə Əhmədovanın Təşkilatçılığı ilə 8 “E” sinfində “İdman tarixi” mövzusunda “Açıq dərs” keçirildi. Dərsdə şagirdlərdən Dəyanət Quluzadə, Lamiyə Nuriyeva, Yusif Həsənov, Əminə Suleymanzadə, Rəcəb Zərbəliyev, Əli Məmmədli, Böyükbəy Məmmədov daha fəal iştirak etdilər. Onlar Azərbaycan idmanın kecdiyi inkişaf yolu haqqında, ölkəmizin dünya reytinqli idman yarışlarına ev sahibliyi etməsi və bu yarışların yüksək səviyyədə təşkil olunması barədə ətraflı məlumat verdilər.