Kitabın dostları

Məktəbdə “Mütaliəni həyat tərzinə çevirək” devizi altında keçirilən tədbirlər davam edir. Bu tədbirlərdə 5”F” sinfi də fəal iştirak edir. Mayın 17-də Azərbaycan dili və ədəbiyyat müəllimi Sevda Zeynalovanın təşkilatçılığı, kitabxanaçılar Səyyarə Əlixanovanın və Nuridə Quliyevanın iştirakı ilə 5 “F” sinfində dahi Azərbaycan şairi “N.Gəncəvinin həyat və yaradıcılığı” na həsr edilmiş “Dəyirmi masa” keçirildi “Dəyirmi masa”da şagirdlər “Adil Nüşirəvan və vəzirin hekayəti”, “Zalım padşahla düz danışan kişinin dastanı” və s. əsərlərdən nümunələr gətirdilər. Şagirdlərdən Qədimli Nüfilə, Əhəd Əliyev, Aydan Bayramlı, Yusif Əmirov, Nəzrin Məmmədova, Aytən Abbaszadə və başqaları daha fəal iştirak etdilər.